22 Sentyabr 2025-ci ildən etibarən yenilənmiş "Qaydalar və Şərtlər" icra olunacaqdır. Based.Az olaraq hər zaman istifadəçilərə tam kompensasiya ödəyirdik. Bu həm istifadəçilərin təhlükəsizliyi həm də xidmətdən tam zəmanətlə yararlanması üçün nəzərdə tutulmuşdur. Biz istifadəçilərimizə Rəqəmsal Hesab və Xidmətləri ən münasib və zəmanətli xidmətlərlə təklif edirik və bizdən kənar olan Platform tərəfindən edilən hər hansı siyasət dəyişiklikləri üçün maksimum dəstək göstərməyə hər zaman olduğu kimi çalışacağıq. Xidmətimizdən istifadə edərək bu "Qaydalar və Şərtlər"-i qəbul etmiş olursunuz və bu detalları sonadək oxumağınızı xahiş edirik.
1. Azyaşlıların Alış-veriş Qaydaları:
• 18 yaşdan aşağı şəxslərin valideyn icazəsi olmadan saytdan alış-veriş etməsi qadağandır.
• Ailə üzvünün kart məlumatlarından istifadə edərək ödəniş etməsinə görə sayt məsuliyyət daşımır.
• Valideyn icazəsi olmadan azyaşlıların etdiyi alış-verişlərə görə sayt məsuliyyət daşımır.
2. Məlumatların Düzgün Verilməsi:
• Sifariş zamanı təqdim edilən məlumatların düzgünlüyünə müştəri cavabdehdir.
• Səhv yazılan ad, hesab məlumatları və digər detallar səbəbilə yaranan problemlərə görə sayt məsuliyyət daşımır.
• Mesaj silinməsi aktiv olan istifadəçilər sifariş məlumatlarını mütləq qeyd etməlidirlər. Əks halda sifariş keçərsiz sayılır.
3. Sifarişin Çatdırılma Müddəti:
• Sifariş, ödəniş təsdiqləndikdən sonra adətən dərhal, maksimum isə 24 saat ərzində təqdim olunur.
• Sifarişlər sıra ilə çatdırılır. Müştəri sifariş verdikdən dərhal sonra gecikmə səbəbilə ödənişi geri tələb edə bilməz.
4. Əlaqə və Dəstək:
• Sifarişlər yalnız Based.Az üzərindən qeydə alınır və digər mənbədən olan alışlara görə məsuliyyət daşımırıq.
• WhatsApp üzərindən sifarişlər sizin rahatlığınız üçündür; nəticədə bütün məlumatlar yalnız sayt hesabınızda görünür.
• Telefon, WhatsApp və Telegram vasitəsilə edilən zənglər cavablandırılmır, sürətli xidmət üçün mesaj yazmağınız kifayətdir.
5. Ödənişlər və Bank Hesabları:
• Based.Az saytında qeyd edilən bank hesablarından başqa hesablara edilən ödənişlərə sayt məsuliyyət daşımır.
• Ödəniş edildikdən sonra qəbz təqdim edilməlidir, əks halda, sifariş etibarsız hesab olunur və qeydə alınmır.
6. Abunəlik və Geri Ödəniş Şərtləri:
• Aylıq hesab yenilənməsiylə bağlı 2-3 gün öncədən bildiriş göndəririk.
• Hesaba davam edilmədikdə öncədən bildirməyiniz xahiş olunur. Bu, bizim və digər istifadəçilərin xidmətdən daha gözəl yararlanması üçündür.
• Müştəri cihazında və ya başqa bir səbəbdən hesabdan istifadə edə bilmədikdə geri ödəniş edilmir.
• Stokda olmayan məhsullara və ya texniki nasazlığa görə sifariş icra olunmursa, ödəniş tam şəkildə geri qaytarılır.
• Texniki problem yaşayan istifadəçi sübut təqdim etməlidir (ekran görüntüsü və s.).
• Geri Ödənişlər yalnız Based.Az saytında olan hesabınıza əlavə edilir.
• Geri qaytarılma və ya əvəzləmə prosesi maksimum 3 iş günü ərzində icra olunur.
7. Məhsul Qaydaları və İstifadə Məsuliyyəti:
• Məhsul haqqında öncədən məlumat alınması, İstifadə Qaydalarını oxumaq mütləqdir.
• İstifadəçilər saytda qeydiyyat etdikləri andan "Qaydalar və Şərtləri" qəbul etmiş sayılır.
• Biz yalnız paket aktivləşdiririk, məhsul platformları ilə əlaqəli digər məsələlər öhdəliyimizdə deyil.
• Tək cihazlıq hesabların paylaşılması qadağandır və ortaq hesabların məlumatlarını dəyişdirmək qəti qadağandır.
• Məhsulun işləmə prinsipi və qaydaları “Sifarişlərim > MÜTLƏQ OXU” bölməsində göstərilib. İstifadəçi bu məlumatlarla tanış olmalıdır.
8. Təhlükəsizlik və Fırıldaqçılıq:
• Based.az saytında qeyd edilən əlaqə nömrələrindən başqa şəxslərlə baş verən problemlərə görə sayt məsuliyyət daşımır.
• Saxta qəbz təqdim edən, fırıldaqçılıq edən və ya ortaq hesab istifadəçilərini narahat edən şəxslər ömürlük bloklanacaq.
• Hesab oğurluğu və fırıldaqçılıq cəhdləri aşkarlanarsa, bu şəxslərin məlumatları aidiyyəti qurumlara təqdim edilir.
9. Topdan Satış və Qiymətlər:
• Based.Az topdan satış və B2B əməkdaşlıq imkanları təqdim edir.
• Məhsullar birbaşa mənbədən əldə olunduğu üçün bazar qiymətindən daha sərfəli təqdim olunur.
• Əməkdaşlıq üçün rəsmi sorğular WhatsApp və ya info@based.az vasitəsilə qəbul edilir.
10. Müraciət və İş Saatları:
• Müraciətlər yalnız tam və dəqiq şəkildə yazılmalıdır. Qeyri-dəqiq və natamam mesajlar qeydə alınmır.
• Sifariş vermədən öncə məhsul haqqında ətraflı məlumat almaq üçün suallar vermək tövsiyə edilir.
• Canlı Dəstək Xidməti 7/24 saat aktivdir və hər zaman çalışır. (müraciətlərin gündüz, 09:00-01:00 saatlarında arasında edilməsi sürətli dəstək üçün tövsiyə olunur)
11. Qeydiyyat və Hüquqi Razılaşma:
• Qeydiyyat zamanı istifadəçi bu qaydalar və şərtləri qəbul etmiş sayılır.
• İstifadəçilər sifariş zamanı öz məlumatlarını tam və düzgün təqdim etməlidirlər. Bu, həm xidmətin düzgün icrası, həm də lazım olduqda sizinlə operativ əlaqə saxlamaq üçün vacibdir.
• Based.Az tam rəsmi formada çalışır və hüquqi şəffaflıq və məsuliyyət prinsiplərinə əsaslanaraq, tərəflər arasında tam etibarlı əməkdaşlıq təmin edilir. Qanuni çalışdığımız üçün rəsmi müqavilə ilə də sifarişlərin qəbuluna açığıq.
12. Geri Qaytarılma və Əvəzləmə Şərtləri:
• Təqdim edilmiş promokodlar tək istifadə üçün nəzərdə tutulduğundan geri qaytarılmır.
• Yanlış platforma seçimi və ya istifadəçi xətası (məsələn, düzgün olmayan aktivasiya) hallarında məsuliyyət müştərinin üzərindədir.
• Texniki problem yalnız sayt və ya məhsuldan qaynaqlanırsa və sübut təqdim edilərsə, məhsul dəyişdirilə və ya tam ödəniş geri qaytarılır.
• Geri ödəniş və ya əvəzləmə prosesi istifadə müddəti və geri ödəniş məbləğinin 20%-i olmaqla 3 iş günü ərzində icra olunur.
13. Hüquqi Məlumat və Vergi:
• Saytda göstərilən bütün qiymətlərə vergi daxildir.
• Based.Az Azərbaycan Respublikası qanunvericiliyinə əsasən fəaliyyət göstərir.
VÖEN: 3201953392
• Əməkdaşlıq üçün rəsmi sorğular WhatsApp və ya info@based.az vasitəsilə qəbul edilir.
• Hesab platforma qərarı ilə deaktiv olunduqda, istifadə edilməmiş günlərin dəyərinin yalnız 20%-i balansınıza əlavə olunur.
• Misal: 90 günlük məhsul üçün 10 AZN ödəmisiniz. 60 gün istifadə etdikdən sonra hesab platforma tərəfindən bağlanıb. Qalan 30 günün dəyəri 3.40 AZN təşkil edir. Bu məbləğin yalnız 20%-i - təxminən 0.70 AZN balansınıza geri əlavə olunur.
Bu hallara misal:
Netflix-in region üzrə hesabları bağlaması
20 Aprel 2024-ci il Netflix platformu tərəfindən edilən siyasət dəyişikliyindən sonra bütün qlobal hesabları deaktiv etdi və hesab ödənişləri və hesablar deaktiv edilmişdir. Based.Az olaraq tam zəmanət verdiyimiz üçün bütün istifadəçilərimizə Geri Ödəniş etməyimizi, Fərqli məhsulla əvəzləmə və ya Yeni Netflix Premium hesabı verilməsini təklif etmişik. Qeyd edək ki, bu kimi platform dəyişikliyi zamanı Based.Az həm məhsulun ödənişini etmiş, həm də müştəriyə geri qaytarmalar edərək mənfəət güdməyərək istifadəçi rahatlığını təmin etmişdir.
Youtube Premium paketinin deaktiv edilməsi
23 Avqust 2025-ci il YouTube platformu tərəfindən edilən siyasət dəyişikliyindən sonra bütün qlobal hesabları aylıq yenilənməyə məcbur etmişdir. Beləki öncədən 12 aylıq Youtube Premium paketi artıq hər ay sonu yenilənmə ilə təqdim edilməsi mümkündür və istifadəçilərimizi düşünərək biz onlara, İstifadəçilərimiz sifariş etdikləri zaman Youtube dəyişikliyi etmədiyi üçün biz qaydalarımıza əsasən Geri Ödəniş etməyimizi, Fərqli məhsulla əvəzləmə, Yeni Youtube Premium hesabı və ya öz hesabınızın hər ay yenilənməsini təklif etmişik.
ChatGPT hesablarının platform tərəfindən deaktiv edilməsi
20 Sentyabr 2025-ci il OpenAİ (ChatGPT) platformu tərəfindən edilən siyasət dəyişikliyindən sonra bütün qlobal hesabları növbəli şəkildə deaktiv etməyə başlamışdır. Bu platform tərəfindən edilən bir prosesdir və Based.Az olaraq üzərimizdə olmasa da zəmanət təqdim edirik və "Qaydalar və Şərtlərə' uyğun olaraq istifadə müddətinin və geri ödənişin 20%-ni kompensasiya edirik.
• Avtomatik (birbaşa təqdim edilən) hazır hesabların istifadə müddətinin 10%-i və ya daha azı qaldıqda zəmanət və dəstək təmin edilmir.
• Misal: 30 günlük məhsul əldə etmisiniz. 28-ci gündə hesab deaktiv olub. Bu halda artıq 93.3% istifadə olunub və geri ödəniş/əvəzləmə mümkün deyil.
Based.Az istifadəçilərini sevir və qoruyur. Bizə olan güvəniniz bizim üçün dəyərlidir və bu güvəni doğruldaraq, platform tərəfindən olan deaktivasiya halları zamanı istifadənin 20%-ni kompensasiya edəcəyimizi bildirmək istərik. Qeyd edək ki, dünya bazarında Qlobal hesab satışları zamanı bu təcrübə mövcud deyil və Based.Az olaraq istifadəçilərimizə zəmanət və kompensasiya təmin edirik.
Məsələn: 20 AZN-lik məhsulu sifarişi zamanı vergi daxil Based.Az 18 AZN əldə etmiş olur və biz öz tərəfimizdən təxminən 16 AZN xərcləyərək paketi aktivləşdiririk və yalnız 2 AZN mənfəət qalır. Hər zaman etdiyimiz kimi tam kompensasiya zamanı sizə 20 AZN geri ödəniş edirdik və bu zaman Based.Az 16 AZN (paket xərci) + 2 AZN (vergi) və sizə ödənilən 20 AZN Geri Ödəniş ilə toplam 38 AZN xərcləmiş olurdu. Artıq sizə bu misala uyğun olaraq 5 AZN kompensasiya edərək -38 AZN deyil, 23 AZN itirmiş olacaqdır. Yəni istifadə müddətinin 20%-i tam kompensasiya ediləcəkdir. Təkrar qeyd etmək istərdik ki, bu dünya bazarında mövcud olmayan bir zəmanətdir və normalda Platform dəyişiklikləri üçün zəmanət verilmir. Uzun illərdir istifadəçilərimizi məmnun etməyə çalışdığımız üçün tam kompensasiya edirdik, lakin plaformların son zamanlar tez-tez yenilik etdiklərini nəzərə alaraq 20%-lik kompensasiya edəcəyimizi bildirmək istərdik.
• Biz hər bir məhsul üçün öncədən real ödəniş edirik və Platform tərəfindən rəsmi paket aktivləşir.
• Geri Ödəniş zamanı stifadə olunmamış günlərin yalnız 20%-i geri balansa əlavə olunur.
• Əgər məhsulun ümumi müddətinin 90%-dən çoxu istifadə olunubsa, geri ödəniş mümkün deyil.
• Məsələn: 20 AZN-lik məhsulu satarkən biz öz tərəfimizdən təxminən 18 AZN xərcləyirik və yalnız 2 AZN mənfəət qalır.
• Platforma hesabı bağladıqda həm xərci itiririk, həm də müştəriyə kompensasiya edirik.
• Bu səbəbdən istifadə olunmamış günlərin yalnız 20%-i geri balansa əlavə olunur.
• Əgər məhsulun ümumi müddətinin 90%-dən çoxu istifadə olunubsa, geri ödəniş mümkün deyil.
• Hər bir hesab üçün biz öncədən real ödəniş edirik.
• Məsələn: 20 AZN-lik məhsulu satarkən biz öz tərəfimizdən təxminən 18 AZN xərcləyirik və yalnız 2 AZN mənfəət qalır.
• Platforma hesabı bağladıqda həm xərci itiririk, həm də müştəriyə kompensasiya edirik.
• Bu səbəbdən istifadə olunmamış günlərin yalnız 20%-i geri balansa əlavə olunur.
• Əgər məhsulun ümumi müddətinin 90%-dən çoxu istifadə olunubsa, geri ödəniş mümkün deyil.
• 22 sentyabr 2025-ci ildən etibarən bütün sifarişlər üçün bu qayda rəsmi şəkildə tətbiq edilir.
Based.Az xidmətlərindən istifadə edən hər bir istifadəçi bu Qaydalar və Şərtlərlə tam razı olduğunu təsdiqləmiş sayılır. Bu sənəd, xidmətin hər iki tərəf üçün şəffaf və ədalətli şəkildə həyata keçirilməsini təmin edir. Sifariş zamanı bu şərtləri qəbul etmiş sayılırsınız. Biz, Based.Az komandası olaraq, sizə daim peşəkar, sürətli və etibarlı xidmət göstərmək öhdəliyini daşıyırıq. Müştəri məmnuniyyəti bizim üçün dəyişməz prioritetdir. Qarşılıqlı etimadla və əməkdaşlıq arzusu ilə - hər bir kəs üçün xeyirlisi..🙌🏻💯